Bu ölkə Ukraynadan yaralıları qəbul edəcək

 22:35 31.05.2022     697

Norveç hökuməti yaralı Ukrayna hərbçilərinin ölkə ərazisinə təxliyəsi, habelə onlara tibbi yardım göstərilməsi barədə qərar qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

“Hökumət Norveçin Ukraynadan olan yaralı əsgərləri tibbi təxliyə və Norveç xəstəxanalarında müalicə üçün qəbul etməsinə qərar verib”, - deyə məlumatda bildirilir.

Açıqlamaya görə, Norveçdə Ukrayna əsgərlərinə kömək etmək üçün lazım olan hər şey - Oslo Universiteti Xəstəxanası, Sunnas Xəstəxanası var.

Vumart və Güvən reklamı Vumart Güvən