Rusiyanın Ukraynadakı itkiləri daha da artdı - FOTO

 10:05 01.06.2022     397

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, fevralın 24-dən bugünədək döyüşlər nəticəsində Rusiyanın 30 700 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, işğalçıların 1 361 ədəd tankı, 3 343 ədəd zirehli döyüş maşını, 659 ədəd artilleriya sistemi, 207 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 94 hava hücumundan müdafiə sistemi, 208 ədəd hərbi təyyarəsi, 175 ədəd helikopteri, 120 qanadlı raketi, 2 290 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 519 ədəd dronu, 120 qanadlı raket və 49 ədəd xüsusi texnikası məhv edilib.

Zərif Ülviqızı

2
Vumart və Güvən reklamı Vumart Güvən