Rusiya Nüvə Qüvvələri hərbi təlim keçirir

 12:11 01.06.2022     343

Rusiya ordusunun Strateji və taktiki raket-nüvə silahlı qüvvələri (Nüvə Qüvvələri) Moskva vilayətindən şimal-şərqdə yerləşən İvanov vilayətində hərbi təlim keçirir.

Redaktor.az “Reuters”ə istinadla xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, təlimdə mindən çox hərbçi yüzdən artıq texnikadan, o cümlədən “Yars” adlı qitələrarası ballistik raketdən istifadə edərək intensiv manevrlər həyata keçirir.

Vumart və Güvən reklamı Vumart Güvən