Britaniya Ukraynaya raket sistemləri göndərəcək

 09:37 02.06.2022     326

Böyük Britaniya Ukraynaya M270 MLRS raket sistemləri göndərəcək.

Redaktor.az CNN-ə istinadla xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Ben Uollas bildirib.

Onun sözlərinə görə, Britaniya Ukraynaya Rusiyaya qarşı özünü müdafiə etməsi üçün 80 kilometr məsafədə hədəfləri vura bilən M270 MLRS raket sistemləri göndərəcək.

Nazir qeyd edib ki, bu raket sistemləri Ukraynanın özünümüdafiə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Həmçinin M270 sisteminin Ukraynaya göndərilməsi ilə bağlı qərarın ABŞ-ın HIMARS raket sistemləri göndərilməsi qərarı ilə koordinasiyalı qəbul edildiyi bildirilib.

Böyük Britaniya hökumətinin məlumatına görə Ukrayna hərbçilərinə raket sistemlərinin istifadəsi ilə bağlı Birləşmiş Krallıqda təlim keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən