Rusların Ukraynada öldürdüyü və yaraladığı uşaqların sayı artdı

 10:59 02.06.2022     398

Ukraynada genişmiqyaslı hərbi əməliyyatlar başlayandan bəri 261 uşaq ölüb, 480 uşaq yaralanıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında deyilir.

Bildirilib ki, uşaqların əksəriyyəti Donetskdə - 184, Kiyev vilayətində - 116, Xarkovda - 112, Çerniqovda - 68, Luqansk - 52, Xersonda - 52, Nikolayevdə - 47, Zaporojyedə - 29, Sumıdə - 17, Kiyev şəhərində - 16 və Jitomirdə - 15 xəsarət alıblar”.

Bundan əvvəl xəbər verilmişdi ki, hərbi əməliyyatlar başlayandan bəri 900 mindən çox uşaq Avropa İttifaqı ölkələrinə və Moldovaya gedib.

Vumart və Güvən reklamı Vumart Güvən