Rusiyanın Ukraynadakı itkiləri daha da artdı - FOTO

 12:05 02.06.2022     411

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 30 850 canlı qüvvəsi, 1 363 tankı, 3 354 zirehli döyüş maşını, 661 artilleriya sistemi, 207 reaktiv yaylım atəşi sistemi, 95 havadan müdafiə sistemi, 210 hərbi təyyarəsi, 175 helikopteri, 521 dronu, 120 qanadlı raketi, 2226 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri və 51 xüsusi texnikası məhv edilib.

T.İSMAYIL

2
Vumart və Güvən reklamı Vumart Güvən