"Ukrayna ən müasir silahlarla təmin edilir" - Peskov

 14:49 02.06.2022     288

“Ukraynanın xarici silahlardan istifadə etmək cəhdləri vəziyyəti xeyli pisləşdirəcək. Bu, tamamilə arzuolunmaz ssenaridir. Ukrayna ən müasir silahlarla təmin edilir. Mən bu silahların bizim ərazimizə qarşı istifadəsinin hansı nəticələrə səbəb olacağından danışmaq istəmirəm. Bu, durumu əhəmiyyətli dərəcədə əlverişsiz istiqamətə doğru dəyişəcək”.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

O, vurğulayıb ki, Qərbin daha müasir silahların Kiyevə tədarükü Ukraynanın durumunu daha da ağırlaşdıracaq, lakin Rusiyanın xüsusi əməliyyatına təsir etməyəcək.

Vumart və Güvən reklamı Vumart Güvən