“Ukrayna artıq faktiki olaraq Avropa İttifaqının bir hissəsinə çevrilib" - Zelenski
“Ukrayna artıq faktiki olaraq Avropa İttifaqının bir hissəsinə çevrilib. Biz artıq həm ikitərəfli səviyyədə, həm də Aİ səviyyəsində tamhüquqlu üzvlüyə uyğun miqyasda əməkdaşlıq edirik. Bunu bir-birimizi müdafiə etməyimizdən yaxşı nə sübut edə bilər?”
Redaktor.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O, Lüksemburqun iyunda Ukraynaya Aİ üzvlüyünə rəsmi namizəd statusunun verilməsini, sonra isə Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyəcəyinə əminliyini ifadə edib.
Zelenski Lüksemburqun baş nazirini gələcək əməkdaşlığı müzakirə etmək üçün Ukraynaya dəvət edib.
Aİ liderləri iyun iclasında Ukrayna, Gürcüstan və Moldovanın birliyə üzvlüklə bağlı müraciətlərinə baxılması barədə razılığa gəliblər.
Bununla belə, Aİ ölkələri arasında Ukraynaya namizəd statusunun verilməsi ilə bağlı yekdil fikir yoxdur.












