ABŞ Polşanı Rusiya ilə müharibəyə hazırlayır? - 100-dən çox hərbi obyekt tikiləcək
Növbəti 10 il ərzində Polşa müxtəlif təyinatlı 100-dən çox hərbi obyekt tikəcək.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın Polşadakı səfiri Marek Bjezinski məlumat verib.
Onun sözlərinə görə, bütün hərbi obyektlər hərbi hazırlığı ciddi şəkildə artırmaq üçün lazımdır.
Polşada 56 anbar, eləcə də inzibati binalar olacaq. 5 anbar Polşa tərəfinə, 51 anbar isə Amerika tərəfinə veriləcək.












