Rus işğalındakı Xersonda silahlı “Uşaq bayramı” - VİDEO

 23:34 02.06.2022     388

Xerson vilayətində rusiyalı hərbçilər tərəfindən 1 İyun Uşaqların Müdafiəsi Günündə azyaşlılar üçün özünəməxsus bayram tədbiri keçirilib.

Redaktor.az xəbər verir ki, müvafiq görüntülər Ukrayna telekanallarında yayımlanıb.

Görüntülərdə əylənmək üçün yerli parka toplanan uşaqların silahlıların nəzarəti altında oynamaları diqqətdən yayınmayıb.

Silahlılar hətta tarix-diyarşünaslıq muzeyinə pulsuz ekskursiya zamanı da azyaşlıları gözdən qoymayıblar.

 

Vumart və Güvən reklamı Vumart Güvən