Ukrayna Rusiyanın məşhur jurnalistinə vətəndaşlıq verdi - YENİLƏNİB

 12:30 03.06.2022     512

“Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə ölkəmiz qarşısında müstəsna xidmətlərinə görə Aleksandr Nevzorov və həyat yoldaşı Lidiya Nevzorovaya Ukrayna vətəndaşlığı verilib”.

Redaktor.az-ın məlumatına görə, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqramda yazıb.

“Cəsarətinizə və dürüstlüyünüzə görə, müharibənin dayandırılmasına səmimi şəkildə yardım istəyi və real vəziyyətin düzgün qiymətləndirilməsinə görə, Aleksandr və Lidiya, sizə təşəkkür edirəm”, - DİN başçısının müşaviri bildirib.

O qeyd edib ki, martın 23-də Rusiyanın İstintaq Komitəsi Aleksandr Nevzorova qarşı “Rusiya Federasiyasının silahlı qüvvələrini nüfuzdan salma” ittihamı ilə iş açıb:

“Buna səbəb Mariupolda doğum evinin vəhşicəsinə bombalanmasını Rusiya xalqına dürüst şəkildə anlatması olub”.

***

Rusiyanın məşhur jurnalisti Aleksandr Nevzorov həyat yoldaşı Lidiya Nevzorova ilə birgə Ukrayna vətəndaşlığı almaq üçün müraciət edib.

Redaktor.az xəbər verir ki, bununla bağlı sənədi “Mash” teleqram kanalı yayıb.

Onlar müraciəti aprelin 28-də İtaliyada olarkən Ukrayna konsulluğu vasitəsilə göndəriblər.

Ukraynanın “Vətəndaşlıq məsələləri ilə bağlı ərizələrin verilməsi qaydası haqqında” qanununun 107-ci maddəsinə əsasən, Kiyev Nevzorovların İnterpol və digər beynəlxalq təşkilatlar vasitəsilə axtarışda olub-olmadığını yoxlamalıdır.

Qeyd edək ki, A.Nevzorov 1993-cü ildən 2007-ci ilədək Dövlət Dumasının deputatı olub.

O, 2012-ci ildə həmçinin Rusiya Prezidenti Vladimir Putinin vəkili olub. Bunanla belə, A.Nevzorov Rusiya hakimiyyətinin qatı müxalifətçisi, xüsusilə ölkədə böyük nüfuza sahib olan Rus Pravoslav Kilsəsinin sərt tənqidçisidir. Rusiyanın Ukraynaya təcavüzündən sonra o, rəsmi Kiyevi dəstəkləyib və İsrailə mühacirətə gedib.

Vumart və Güvən reklamı Vumart Güvən