İki BMT sülhməramlısı öldürüldü

Malidə Birləşmiş Millətlər Təşkilatının (BMT) iki sülhməramlısı həlak olub.
Redaktor.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik məlumat verib.
Qeyd olunur ki, onların avtomobili əldəqayırma partlayıcı qurğuya düşüb.
Məlumata görə, partlayış nəticəsində daha 2 nəfər yaralanıb.