Ərdoğan NATO-ya şərt qoydu

 21:39 03.06.2022     283

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, telefon danışığında İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyi müzakirə olunub.

Ərdoğan İsveç və Finlandiyanın üzvlük tələbləri ilə bağlı Türkiyənin təhlükəsizlik narahatlığının ədalətli və qanuni əsaslara söykəndiyini bildirib.

Prezident vurğulayıb ki, hər iki ölkə terrora dəstəyi dayandırdıqlarını, Türkiyəyə qarşı sanksiyaları aradan qaldırdıqlarını və müttəfiqlik həmrəyliyi nümayiş etdirməyə hazır olduqlarını açıq şəkildə bildirməlidir.