Ruslar Ukraynada “Reuters”in müxbirlərini GÜLLƏLƏDİLƏR

 21:52 03.06.2022     410

“Reuters“ agentliyinin 2 jurnalisti Ukraynanın şərqində yaralanıb.

Redaktor.az xəbər verir ki,  “Le Matin” saytının yazdığına görə, hadisə Severodonetsk şəhərində baş verib.

Jurnalistlər reportaj hazırlamağa yollanarkən atəş altına düşüblər.

Media əməkdaşları yaralanıb, onları aparan sürücü isə hadisə yerində ölüb.

Hadisənin detalları açıqlanmır.

"Sərhədsiz Reportyorlar"ın hesablamasına görə, müharibə başlayandan Ukraynada 8 jurnalist peşə borcunu yerinə yetirərkən həlak olub (apa.az).