Ermənistan polisi aksiyaçıları dubinka ilə DÖYDÜ- VİDEO

 22:44 03.06.2022     325

İyunun 3-də Ermənistan müxalifətinin növbəti aksiyası polislə toqquşmalara səbəb olub.

Redaktor.az xəbər verir ki, Ermənistan mətbuatına istinadən xəbər verir ki, etirazçılar parlamentə doğru irəliləmək istəyərkən polislə toqquşma yaranıb.

Polis aksiya iştirakçılarına qarşı səs qumbarası tətbiq edib. Toqquşmada 20-yə yaxın insanın xəsarət aldığı deyilir. Onların arasında polis əməkdaşları da var.

Aksiya zamanı müxalifətdən olan deputatlar hökumət binasına doğru yürüş edib və bütün girişləri mühasirəyə alıblar.

Təxminən üç saatdan sonra hərəkat üzvləri baş nazir Nikol Paşinyanın olduğu hökumət evinə doğru irəliləyiblər.

22