"Putin özünü təcrid edib, ondan çıxmaq çətindir" - Makron

 09:14 04.06.2022     307

"Düşünürəm və ona (Rusiya Prezidenti Vladimir Putin-red) dedim ki, xalqı, özü və tarix üçün tarixi və əsaslı səhv edib. Məncə, o, özünü təcrid edib. Özünü təcrid etmək bir şeydir, amma ondan çıxa bilmək çətin yoldur”.

Redaktor.az "The Guardian”a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

Makronun fikrincə, Ukraynaya hücum Rusiya Prezidenti Vladimir Putinin “tarixi və fundamental səhvi” idi.

Dövlət başçısının sözlərinə görə, indi Rusiyanı aşağılamağa ehtiyac yoxdur.

"Rusiya Ukraynadakı müharibəyə görə alçaldılmamalıdır ki, döyüş əməliyyatları bitəndən sonra diplomatik yolla çıxış yolu aça bilək”, - Makron qeyd edib.