"ABŞ Ukraynanı Rusiya ilə danışıqlara vadar etmir" - KİV

ABŞ, Avropa İttifaqı və Böyük Britaniya Ukraynadakı müharibənin dayandırılması planını müzakirə edir.
Redaktor.az UNN-a istinadən xəbər verir ki, bu barədə CNN bildirib.
“ABŞ rəsmiləri son zamanlar britaniyalı və avropalı həmkarları ilə atəşkəs çərçivəsində müharibənin danışıqlar yolu ilə dayandırılması imkanlarını davamlı olaraq müzakirə edirlər”, - CNN vurğulayıb.
Məlumata görə, ötən ayın sonunda İtaliya 4 maddəlik plan irəli sürmüşdü. Həmin təkliflərə əsasən, Ukrayna təhlükəsizliyinə təminat qarşılığında NATO-ya münasibətdə tərəfsizliyini saxlayır, eləcə də Krım və Donbasın gələcəyinə dair Rusiya ilə danışıqlar aparır.
Bildirilib ki, ABŞ Ukraynanı Rusiya ilə danışıqlara vadar etmir.