Rusiyanın Ukraynadakı itkiləri daha da artdı - SİYAHI

 13:48 04.06.2022     3010

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 31 050 canlı qüvvəsi, 1 376 tankı, 3 379 zirehli döyüş maşını, 680 artilleriya sistemi, 210 reaktiv yaylım atəşi sistemi, 95 havadan müdafiə sistemi, 210 hərbi təyyarəsi, 175 helikopteri, 540 dronu, 122 qanadlı raketi, 2337 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri və 52 xüsusi texnikası məhv edilib.

T.İSMAYIL