İran PUA-larını hazırlayan məşhur alimin meyiti tapıldı

 15:44 04.06.2022     260

İranın aerokosmik texnika və aeronavtika sahəsində tanınmış alimi, pilotsuz uçan aparatların hazırlanması ilə məşğul olan Əyyub Ənsari dünyasını dəyişib. Onun meyiti yaşadığı mənzildə aşkarlanıb.

Redaktor.az İran KİV-lərinə istinadən xəbər verir ki, Ənsarinin qida zəhərlənməsindən öldüyü ehtimal olunur.

Alimin ölümündə şübhəli məqamların olduğu istisna edilmir. Onun MOSSAD tərəfindən zəhərlənərək öldürüldüyü iddia olunur.

Hələlik rəsmi qurumlar bu iddialara münasibət bildirməyib.