Zelenski beynəlxalq mükafata layiq görüldü

 19:01 04.06.2022     514

Ukrayna Prezidenti Volodimir Zelenski Avropanın ən nüfuzlu mükafatlarından biri olan "Beynəlxalq Karl mükafatı"na layiq görülüb.

Redaktor.az “Bild” qəzetinə istinadən xəbər verir ki, Zelenskinin təltif olunması barədə qərarı Beynəlxalq Karl Mükafatı Fondu qəbul edib.

Fond bildirib ki, əlverişli şərait yaranan kimi mükafat Kiyevdə Ukrayna Prezidentinə təqdim olunacaq.

Xatırladaq ki, 1950-ci ildən başlayaraq verilən bu mükafata Britaniyanın keçmiş Baş naziri Uinston Çörçil, Almaniyanın ilk kansleri Konrad Adenauer və digərləri layiq görülüb.

Vumart və Güvən reklamı Vumart Güvən