Ərdoğan yenə namizəd oldu

 19:46 04.06.2022     1558

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Rəcəb Tayyib Ərdoğanı 2023-cü ilin yayında keçiriləcək prezident seçkilərində Millət İttifaqının namizədi kimi irəli sürüb. 

Redaktor.az xəbər verir, bunu şənbə AKP-nin mətbuat katibi Ömər Çelik partiya qurultayından sonra bildirib.

Nəhayət, bu mövzuda qərara gəldik", - deyə o qeyd edib.

Türkiyədə prezident və parlament seçkiləri 2023-cü ilin iyun ayına təyin edilib. Millət İttifaqına AKP və Milliyyətçi Hərəkat Partiyası daxildir. Müxalifət partiyaları hələlik öz namizədlərini açıqlamayıblar.