Rusiya Ukraynada tarixi monastrı vurdu

 20:47 04.06.2022     486

Rusiya Ukraynanın şərqində 17-ci əsrin əvvəllərinə aid pravoslav monastrı vurub.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.

Svyatoqirsk Lavra monastır kompleksi Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinə aiddir və Kremlin ələ keçirməyə diqqət yetirdiyi iki bölgədən biri olan Donetskin şərqindəki rus mövqelərinin yaxınlığında yerləşir.

Zelenskinin rəsmi Telegram kanalında yerləşdirdiyi kadrlarda monastrın alovlandığı görünür.