Ermənistan müxalifəti yenidən İrəvanın mərkəzində yürüş keçirir

 21:11 04.06.2022     249

Ermənistanda “Müqavimət” hərəkatının tərəfdarları İrəvanın mərkəzindən yürüşə başlayıblar.

Redaktor.az xəbər verir ki, müxalifətçilər Maştots prospekti boyunca hərəkət edir.

Onlar hökumət binalarına doğru yürüş edib daha sonra Fransa meydanına tərəf qayıtmağı planlaşdırır.

Xatırladaq ki, “müqavimət” hərəkatı bir aydan çoxdur ki, İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir.