İlon Mask bir gündə 17 milyard dollar İTİRDİ

"Tesla" şirkətinin rəhbəri İlon Maskın sərvəti 17 milyard dollar azalıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Buna səbəb "Tesla"nın işçi qüvvəsinin 10%-ni ixtisar etməli olacağı xəbərləri fonunda səhmlərinin ucuzlaşmağı olub.
Məlumata görə, Nyu-York birjasında keçirilən ticarət sessiyası zamanı "Tesla" səhmləri 5%-dən çox ucuzlaşdığından İlon Mask 16,9 milyard dollar itirib. Buna baxmayaraq, Mask hələ də planetin ən varlı adamıdır. O, 216,8 milyard dollar sərvətə malikdir.