Votsapdan növbəti yenilik

Dünyanın ən məşhur mesajlaşma proqramlarından biri olan votsap (WhatsApp) yeni xüsusiyyətləri istifadəçilərə təqdim etməyə hazırlaşır.
Redaktor.az xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.
Beləki, yeni funksiya ilə istifadəçilər mesajları geri qaytara biləcəklər. Eyni zamanda göndərilən mesajlar redaktə oluna biləcək.
Votsapın gələcək funksiyası artıq mübahisələrə səbəb olub.