Qatar qəzasında ölənlərin sayı artdı

 11:33 05.06.2022     591

Almaniyanın Qarmiş-Partenkirxen şəhəri yaxınlığında baş verən qatar qəzasında ölənlərin sayı 5 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin “Bild” nəşri məlumat yayıb.

Qəza zamanı daha 44 nəfərin xəsarət aldığı deyilir. Xilasedicilər qəza yerində intensiv işi davam etdirir.

Qeyd edək ki, qəza iyunun 3-də Qarmiş-Partenkirxen (Bavariya) şəhəri yaxınlığında baş verib. Naməlum səbəbdən üç vaqon relsdən çıxıb.