Tacikistan Qırğızıstan arasında sərhəd problemi bitmir

 11:38 05.06.2022     335

Tacikistan Qırğızıstanı sərhəddə təxribat törətməkdə ittiham edib.

Redaktor.az xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Məlumata görə, buna Qırğızıstan hərbçilərinin Tacikistan ərazisinə qanunsuz keçməsi səbəb olub.

Nazirlik iyunun 3-də Tacikistan-Qırğızıstan sərhədində, Suqd rayonunun Vorux kəndi yaxınlığında baş vermiş silahlı insidenti Qırğızıstanın təxribatı adlandırıb.

“Tacikistan tərəfi Qırğızıstan tərəfinin qəsdən planlaşdırılan təxribatını pisləyir və gələcəkdə belə insidentlərin baş verməməsi üçün bütün razılaşmalara ciddi əməl etməyə çağırır”, – bəyanatda deyilir.

Eyni zamanda, Tacikistanın Qırğızıstanla bağlı yaranan məsələlərin müstəsna olaraq sülh yolu ilə həllinə sadiqliyi vurğulanıb.