Qazaxıstanda ölkədən qanunsuz çıxarılan pulların qaytarılması üçün komissiya YARADILDI

 11:52 05.06.2022     596

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə vətəndaşlarının xaricə qanunsuz çıxardıqları vəsaitlərin qaytarılması üçün idarələrarası komissiyanın yaradılması haqqında fərman imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Prezident Qasım-Jomart Tokayevin fərmanı ilə Qazaxıstan vətəndaşlarının xaricə qanunsuz çıxardıqları vəsaitlərin qaytarılması üzrə kompleks işlərin görülməsi üçün Baş prokurorun rəhbərlik etdiyi idarələrarası komissiya yaradılıb”, - məlumatda deyilir.

Dövlət başçısının komissiyanın fəaliyyətinə şəxsi nəzarəti həyata keçirmək niyyətində olduğu vurğulanır.