Filadelfiya qana boyandı: Ölən və yaralananlar var

 12:56 05.06.2022     442

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində baş verən silahlı hücum nəticəsində azı 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə “ABC” məlumat yayıb.

Polis nümayəndəsinin sözlərinə görə, iyunun 5-nə keçən gecə bir neçə nəfər şəhərin küçələrindən birində insanların sıx toplaşdığı ərazini atəşə tutublar. Hadisə zamanı 3 nəfər dünyasını dəyişib. Yaralılar xəstəxanaya yerləşdirilib.