Bayden və xanımı təcili təxliyə edildi

 13:00 05.06.2022     296

ABŞ Prezidenti Co Bayden və birinci xanım Cill Bayden Delaver ştatının Rexobot Biç şəhərindəki evlərindən təxliyə edilib.

Redaktor.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Ağ Evdən bildirilib ki, evakuasiya 5 iyun şənbə günü (yerli vaxtla-red) kiçik tutumlu şəxsi təyyarənin məhdudlaşdırılmış hava məkanına daxil olmasından sonra ehtiyat tədbiri olaraq həyata keçirilib.

Belə ki, təyyarə məhdudlaşdırılmış hava məkanına daxil olub. Ehtiyat tədbirləri görülüb. Prezident və ailəsi üçün heç bir təhlükənin olmadığı bildirilib.

Qeyd edək ki, Bayden cütlüyü həftəsonunu Rexobot Biç şəhərindəki evdə keçirir.