Daha 16 terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında daha 16 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilib ki, terrorçular Suriya ərazisində “Fərat qalxanı” və “Zeytun budağı” hərbi əməliyyatlarının keçirildiyi bölgədə məhv edilib.
Onların türk hərbçilərinə qarşı terror aktı planlaşdırdıqları müəyyən olunub.