Ukrayna ilə bağlı qərar - Qaydalar yumşaldılır

 13:26 05.06.2022     321

Avropa Komissiyası (AK) Ukraynada verilmiş sürücülük vəsiqəsinin bütün İttifaqda tanınması ilə bağlı qaydaları hazırlamağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, Avropa Komissiyası Ukrayna ilə digər məsələlərlə yanaşı yol hərəkəti haqqında saziş bağlamağı planlaşdırır, bu saziş sürücülük vəsiqələrinin və yükdaşımaları üçün ixtisas sertifikatlarının müvəqqəti tanınmasını nəzərdə tutur.

Qeyd edək ki, Almaniyada qəbul edilmiş qaydalara görə, Aİ hüdudlarından kənarda alınan sürücülük vəsiqəsi altı ay müddətində etibarlıdır, daha sonra sürücülük məktəbinə yazılmalı, yenidən imtahan verməli və yerli sertifikat alınmalıdır. Ancaq yeni sürücülük imtahanı ukraynalı qaçqınlar üçün baha başa gələ bilər, həmçinin vaxt aparacaq və dil bilmə ilə bağlı problemlər yaşana bilər. Bir çox iş yerləri üçün isə sürücülük vəsiqəsi tələb olunur.