“Ukraynadan taxıl ixrac edilməsə, Afrikada müharibələr olacaq”- İtaliyanın XİN başçısı

 14:45 05.06.2022     612

Ukrayna limanlarından taxıl ixrac edilməsə, Afrikada yeni müharibələr başlayacaq, yeni dövlət çevrilişləri olacaq və Avropaya miqrant axını olacaq.

Redaktor.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio bəyan edib.

“Ukrayna limanlarından dərhal taxıl ixrac etmək lazımdır. Əgər biz taxıl ixrac etməsək, Afrikada yeni müharibələr, yeni dövlət çevrilişi, terrorun yeni təzahürləri və Afrikadan Avropaya böyük miqrasiya axını olacaq. Biz buna icazə verə bilmərik”-deyə, o əlavə edib.

Qeyd edək ki, iyunun 8-də rəsmi Romanın təşəbbüsü ilə Aralıq dənizi ölkələrinin nümayəndələrinin iştirakı ilə onlayn rejimdə ərzaq təhlükəsizliyi ilə bağlı iclas keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən