Rus əsgərləri Ukraynadan qaçarkən yaxalandı

Rusiyanın 2-ci Əlahiddə Ümumqoşun Ordusunun 30-cu əlahiddə motoatıcı briqadasının bölmələrindən birinin əsgərləri döyüşdən qaçmağa cəhd ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
“Rusiya hərbçiləri kütləvi şəkildə Ukrayna müdafiəçiləri ilə birbaşa toqquşmalarından yayınmağa çalışır. Məhkəmə təhdidlərinə, Kadırovçuların hədələrinə və sərhəd nəzarətinin artırılmasına baxmayaraq, rusiyalı hərbçilər bütün mümkün vasitələrlə Ukrayna ərazisini tərk etməyə çalışırlar”, - məlumatda deyilir.
Qeyd olunub ki, Briqadanın bölmələrindən biri “Şiyanı” (Belqorod vilayəti) keçid məntəqəsi yaxınlığında dövlət sərhədini keçməyə cəhd edərkən saxlanılıb və zorla aktiv döyüş əməliyyatları zonasına qaytarılıb. Hazırda bölmə Ukrayna müdafiəçilərinə təslim olmaq imkanını müzakirə edir.
Bundan əlavə, bildirilib ki, Rusiyanın 2-ci Əlahiddə Ümumqoşun Ordusunun 30-cu əlahiddə motoatıcı briqadasının komandanlığı kütləvi fərarilik hallarını gizlədir və əsgərləri edamla hədələyir.