Bu ölkələr Lavrovun təyyarəsinə icazə vermədi - Serbiyaya gedə bilmir...

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsinin Bolqarıstan, Şimali Makedoniya və Monteneqro üzərindən uçmasına icazə verilməyib.
Redaktor.az xəbər verir ki, bu barədə Serbiyanın “Veçerne Novosti” qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, bu ölkələr Lavrovun Serbiyaya getməli olan təyyarəsi üçün hava dəhlizi verməkdən imtina edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Lavrov iyunun 6-7-də Serbiyaya səfər edəcək, səfər zamanı bu ölkənin prezidenti ilə görüşlər, xarici işlər naziri ilə danışıqlar aparılacaq.