General Kutuzov MƏHV EDİLDİ

 20:22 05.06.2022     3797

Bu gün Ukraynada gedən döyüşlər zamanı Rusiya ordusunun daha bir generalı öldürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə "InformNapalm" kanalı məlumat yayıb.

Qeyd olunub ki, general-mayor Roman Kutuzov Luqansk vilayətindəki Artemovsk-Lısiçansk şossesi yaxınlığında zərərsizləşdirilib.

Generalın hansı şəraitdə öldüyü bilinmir. Rusiya tərəfi bununla bağlı hər hansı açıqlama verməyib.

Kutuzovun 29-cu ümumqoşun ordusunun qərargah rəisi olduğu bildirilir.

 

2