Zelenski Kiyevi tərk etdi

 22:20 05.06.2022     456
Ukrayna Prezidenti Volodimir Zelenski Zaporojye bölgəsinə səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın "Naşe Vremya" nəşri prezident aparatı rəhbərinin müavini Kirilo Timoşenkoya istinadən məlumat yayıb.

Səfərin dəqiq nə vaxt baş tutduğu açıqlanmayıb. Nəşrin məlumatına görə, Zelenski xüsusilə Mariupoldan təxliyə edilmiş sakinlərlə görüşüb.

Qeyd edək ki, mayın 29-da Zelenski müharibə dövründə ilk dəfə paytaxt Kiyevi tərk edərək Xarkova getmişdi.