Ermənistanda zəlzələ oldu

 23:54 05.06.2022     390

Ermənistanda 2-6 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, zəlzələnin ocağı 10 km dərinlikdə olub. Episentrdə zəlzələnin gücü 3-4 bal olub.

Zəlzələ Qeğarkunik rayonunun Qavar şəhərində 2-3, Şorca kəndində isə 3 bal gücündə hiss olunub.