BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

 10:27 06.06.2022     405

BMT Təhlükəsizlik Şurasının iyunun 6-da axşam saatlarında iclası olacaq.

Redaktor.az “strana.today”ə istinadən xəbər verir ki, bu barədə BMT TŞ-nin katibliyi açıqlayıb.

Bildirilib ki, Şuranın toplatısında Ukrayna ilə bağlı məsələ müzakirə olunacaq: “Əsas diqqət Ukraynaya hərbi müdaxilə ilə bağlı cinsi təcavüz, insan alveri kimi məsələlər ayrılacaq”.

Məlumata görə, iclasda BMT-nin münaqişə şəraitində cinsi zorakılıq üzrə xüsusi nümayəndəsi Pramila Patten çıxış, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də iştirak edəcək.

Xatırladaq ki, toplantı bu gün Bakı vaxtı ilə saat 18-də başlayacaq.