İranın daha bir nüvə aliminin meyiti AŞKARLANDI

 10:51 06.06.2022     171

İranın Nətənz nüvə müəssisində işləyən gənc alim Kamran Mollapur ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə “Ediot Ahronut” nəşri məlumat yayıb.

Bildirilib ki, Kamran Mollapur İranın Xuzistan əyalətinin İzeh şəhərində anadan olub. O, nüvə elmləri üzrə doktor dərəcəsi alıb. Gənc nüvə aliminin İsfahan əyalətinin Nətənz şəhərindəki nüvə obyektində şübhəli şəkildə öldüyü bildirilib.

Məlumata görə, onun ölümü nüvə alimi Əyyub İntizari və İnqilab Keşikçiləri Qvardiyası “Qüds” qolunun zabitlərindən Əli İsmayılzadənin ölümü ilə eyni vaxtda, iyunun 29-da baş verib. Hadisə ilə bağlı məlumat da bu günlərdə yayılmağa başlayıb.

İnformasiyaya əsasən, İran hakimiyyəti Nətənzdəki hadisələrlə bağlı İsraili ittiham edir.

Qeyd edək ki, iki həftə əvvəl Tehran əyalətinin Pərçin bölgəsindəki nüvə obyektinə PUA ilə zərbənin endirildiyinə dair xəbər yayılmışdı. Həmin hadisə nəticəsində gənc mühəndis Ehsanb Hadibeygi ölüb, İranın daha bir hərbçisi yaralanmışdı. Ehsan Hadibeygi kimi Əyyub İntizari də Tehranın Şərif adına Texnologiya Universitetinin məzunudur.

Yəzd əyalətinin məhkəmə orqanı İntizarinin ölüm faktının araşdırılacağını bildirib. Qurum Əyyub İntizarinin sənaye şirkətində sıravi əməkdaşı olduğunu da qeyd edib.

İsrailin təhlükəsizlik məsələləri üzrə əməkdaşları “The New York Times”a bildiriblər ki, Əli İsmayılzadənin ölümü ilə bağlı ölkələri məsuliyyət daşımır (report).