Bu gün Consonla bağlı etimad səsverməsi keçiriləcək

 12:38 06.06.2022     122

Britaniya Baş nazirinin “Dauninq-strit”də yerləşən iqamətgahı Boris Consonla bağlı keçiriləcək etimad səsverməsi ilə bağlı bəyanat verib.

Redaktor.az-ın məlumatına görə, bəyanatda bildirilib ki, bu səsvermə aylarla davam edən fərziyyələrə son qoymaq üçün bir şansdır:

“Keçiriləcək səsvermə aylarla davam edən fərziyyələrə son qoymaq və hökumətə bir xətt çəkib insanların prioritetlərini yerinə yetirərək irəliləməsi üçün bir şansdır".

Bəyanatda qeyd edilib ki, Baş nazir səsvermə yolu ilə deputatlara öz iddiasını çatdırmaq fürsətini alqışlayır: “Bu imkan onlara xatırladacaq ki, birləşib seçicilər üçün vacib olan məsələlərə diqqət yetirdikdə bundan daha güclü siyasi qüvvə olmur”,- deyə “Dauninq-strit”in yaydığı bəyanatda deyilir.

Qeyd edək ki, Baş nazir Boris Consonla bağlı etimad səsverməsi bu gün yerli vaxtla 18:00 - 20:00 arasında keçiriləcək.