Lavrovun təyyarəsinə hava məkanı niyə bağlanıb? - Özündən AÇIQLAMA

 15:58 06.06.2022     148

Moskva Rusiya nümayəndə heyətinin təyyarəsinin uçmasına icazə verməkdən imtina edən ölkələrin rəsmi izahatlarını hələ eşitməyib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov onlayn mətbuat konfransı zamanı bildirib.

"Bilirəm ki, hələ eşitmədiyimiz çoxlu izahatlar olacaq. Rusiya təyyarəsini hava məkanına buraxmaqdan imtina edən ölkələr deyəcəklər ki, onlara Avropa İttifaqı və NATO sifariş verib. Onlar da öz növbəsində deyəcəklər ki, bu ölkələr özləri müstəqil qərar qəbul ediblər”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, Serbiya ilə qonşu ölkələr Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsinin uçuşu üçün hava məkanını bağlayıb. Rusiya diplomatik missiyasının rəhbərinin Belqrada səfəri iyunun 6-7-nə planlaşdırılmışdı.