Zelenski “Azovstal”da əsir düşən hərbçilərin sayını açıqladı

“Azovstal” polad kombinatında 2 500-dən çox Ukrayna döyüşçüsü əsir düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “RBK-Ukraine” telekanalına açıqlamasında bildirib.
Dövlət başçısı qeyd edib ki, əsir düşən hərbçilərin azadlığa buraxılması ilə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məşğul olur.