Rusiya "Azadlıq" radiosunu 325 min dollar cərimələdi

 19:31 06.06.2022     426

ABŞ tərəfindən dəstəklənən "Azad Avropa/Azadlıq Radiosu" mətbuat orqanı Rusiyada hərbi əməliyyatlarla bağlı "saxta" olduğu iddia edilən xəbərləri silmədiyinə görə 20 milyon rubl (325 min dollar) cərimələnib.

Redaktor.az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

“Azadlıq” radiosu mülki vətəndaşlar və Rusiya hərbi qulluqçuları arasında ölüm halları ilə bağlı xəbərləri silməkdən imtina edib. 

Rusiya "Azadlıq Radiosu"nu son aylarda külli miqdarda cərimələyib. Radio mart ayında ölkədə müflis elan olunduqdan və jurnalistlərə qarşı polis təzyiqinin güclənməsindən sonra fəaliyyətini dayandırdığını bildirib.