Bayden fövqəladə vəziyyət elan etdi

 20:51 06.06.2022     308

ABŞ prezidenti Co Bayden ölkədə enerji çatışmazlığı səbəbindən fövqəladə vəziyyə elan edib.

Redaktor.az xəbər verir ki, Bayden Asiyadan günəş panelləri idxalının rüsumlardan azad olunması müddətini də uzadıb.

Bununla yanaşı, o, günəş panellərinin istehsalını artırmaq üçün hərbi vəziyyət şəraitindəki səlahiyyətlərindən istifadə edib.

Görülən tədbirlər neft və qazın əvəzlənməsini təşviq etmək, “xarici təchizatçılar və düşmən ölkələr”dən asılılığı azaltmaq üçün nəzərdə tutulub.