Rusların əsir aldığı “Azovstal” döyüşçülərinin sayı AÇIQLANDI

 22:09 06.06.2022     454

Rusiya hərbçiləri Mariupoldakı “Azovstal” zavodundan 2500-dən çox ukraynalı döyüşçünü əsir götürüb. Onların azad edilməsi ilə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məşğul olur.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə prezident Volodimir Zelenski deyib.

Ukrayna prezidenti hesab edir ki, “Azovstal”dan olan ukraynalı döyüşçülərə işgəncə vermək ruslar üçün sərfəli deyil, çünki onlar “ictimai əsirlərə” çevriliblər.

Zelenskinin sözlərinə görə, o, Rusiya hakimiyyətinin və “DNR” silahlılarının ukraynalı döyüşçülərin gələcək taleyi ilə bağlı bəyanatlarına inanamır. O qeyd edib ki, Rusiya tərəfi bu yolla özünün müsbət imicini yaratmağa çalışır.

Vumart və Güvən reklamı Vumart Güvən