Consona etimad səsverməsi BAŞLADI

Böyük Britaniya parlamentində Baş nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasının parlament qrupunda etimad səsverməsi başlayıb.
Redaktor.az xəbər verir ki, səsvermədən əvvəl Conson qapalı iclasda partiyasının deputatlarına müraciət edib.
İki saat davam edəcək səsvermənin nəticəsi saat 23:00-da elan olunacaq.
Qeyd edək ki, Conson səsvermədə məğlub olarsa, vəzifəsindən istefa verməlidir. Onun vəzifədə qalması üçün azı 180 səs tələb olunur.