Moskva MDB ölkələri üçün vahid tarix dərslikləri hazırlayır

 22:57 06.06.2022     219

MDB ölkələri İkinci Dünya Müharibəsinə dair vahid tarix dərslikləri hazırlayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev "Rossiyskaya qazeta"ya müsahibəsində bildirib.

“Yaxın vaxtlarda MDB ölkələri sovet xalqının faşizmə qarşı mübarizədəki igidliyini ləkələmək cəhdlərinin qarşısını almaq üçün müharibənin tarixinə dair vahid dərsliklərin hazırlanmasına başlamağı planlaşdırır".

Onun sözlərinə görə, MDB tərəfdaşlarından heç biri Ukraynada olduğu kimi, nasistlərin yürüş etmələrini istəmir.

Nurqaliyev qeyd edib ki, SSRİ-nin müttəfiq respublikaları, indi isə MDB çərçivəsində müstəqil dövlətlər 1941-1945-ci illərdə faşizmə və nasizmə qarşı birgə mübarizə aparıblar. "Biz nasizmin yenidən dirçəlməsinə imkan verə bilmərik".

 heç bir dövlətin Ukraynada olduğu kimi, öz suverenliyini Qərbə vermək niyyətində olmadığına da diqqət çəkib.