Erməni müxalifəti Avropa Birliyinə qarşı çıxdı

 23:14 06.06.2022     422

 

Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyana qarşı silsilə aksiyaları davam etdirmək qərarı verib.

Redaktor.az xəbər verir ki, “Müqavimət” hərəkatına liderlik edən Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan sabahkı mitinqin ənənəvi olaraq axşam saatlarında deyil, 10:00-da başlayacağını elan edib.

O bildirib ki, aksiya AB-nin İrəvandakı nümayəndəliyinin qarşısında keçiriləcək.

İ.Saqatelyan AB-ni ikili stardartlarda ittiham edib. Onun sözlərinə görə, Paşinyan iqtidarı mitinq iştirakçılarına zor tətbiq etsə də, AB susmağa üstünlük verir və Nikolu dəstəkləyir.

Aksiyaçılar AB diplomatları ilə görüş də tələb ediblər.

Vumart və Güvən reklamı Vumart Güvən