“Ərzaq böhranının səbəbi Rusiyadır” - Şarl Mişel

 23:25 06.06.2022     224

Rusiya ərzaq ehtiyatlarından inkişaf etməkdə olan ölkələrə qarşı gizli silah kimi istifadə edir.

Redaktor.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib.

O, bildirib ki, Rusiyanın bu addımı dünyada ərzaq qiymətlərini artırır, insanları yoxsulluğa sürükləyir, eyni zamanda sabitliyi pozur.

Şarl Mişelin sözlərinə görə, Rusiya ərzaq böhranına görə məsuliyyət daşıyır: "Rusiya taxıl anbarlarını hədəfə alır, işğal etdiyi ərazilərdən taxıl oğurlayır".